Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-13 13:38:00
Diaspor nümayəndələrindən Azərbaycan universitetlərinin Türkiyədə sərgisinə dəstək-FOTOLAR

 

11-12 İyun tarixlərində Azərbaycan universitetlərinin Türkiyədə sərgisi keçirilib.

 

Sərgi qardaş ölkənin mediası və təhsil ictimaiyyətinin diqqətini cəlb edib, belə tədbirin təşkil olunmasının Azərbaycan və Türkiyənin təhsil sahəsində əlaqələrinin daha da gücləndirilməsi baxımdan xüsusilə önəmli olduğu bildirilib.

 

AzEdu.az xəbər verir ki, Türkiyənin bir çox nüfuzlu media qurumları tərəfindən işıqlandırılan sərgidə başda Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Pərviz Məmmədzadə olmaqla, Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər.

 

Diaspor nümayəndləri sərginin vacibliyini, bu işdə dəstək olacaqlarını, həmçinin, bunun sadəcə, ölkə təhsilinin deyil, ümumilikdə Azərbaycanın təbliğat istiqaməti üçün vacibliyini vurğulayıblar.

 

 

Nümayəndələr bu sərginin sadəcə, qardaş ölkə ilə məhdudlaşmamalı, bütün dünyada təşkil edilməli olduğunu qeyd ediblər. Həmçinin, digər ölkələrdəki diapor nümayəndələri ilə də əlaqələrinin olduğunu, bu məsələdə öz dəstəklərini görəcəklərini nəzərə çatdırıblar. Qeyd ediblər ki, əsas məqsəd Azərbaycanın təbliğatıdır, çünki bu gün buna böyük ehtiyac var.

 

 

Hazırkı dövrü nəzərə alaraq, özünü dünyaya təhsil vasitəsilə tanıtmağın daha gözəl, vacib, lazımlı və əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.

 

 

Qeyd edək ki, İstanbul Kent Universitetinin ev sahibliyi etdiyi təhsil sərgisinin təşkilatçısı “Azedu Academy”dir. Qardaş Türkiyə ilə yanaşı, digər ölkələrdə də Azərbaycan universitetlərinin təhsil sərgilərinin təşkili nəzərdə tutulub.