http://www.position.az/ https://www.zirve.edu.az/
2022-06-09 16:02:00
Azərbaycan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək- TÜRKİYƏDƏ  

“Azedu Academy”nin təşkilatçılığı ilə iyunun 11-12-də Türkiyənin İstanbul Kent Universitetində Azərbaycan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək.

 

Sərginin təşkil edilməsində məqsəd Azərbaycan dövlətinin təhsil siyasətinin prioriteti hesab edilən yerli ali təhsil müəssisələrinin beynəlxalq rəqabətlilik qabiliyyətinin artırılmasına dəstək olmaqdır.

 

Təhsil sərgisinə qatılan abituriyent və tələbələr stendləri nümayiş etdirilən universitetlərin nümayəndələri ilə görüşəcək, təhsil proqramları ilə tanış olacaq, həmin ali təhsil müəssisəsinin qəbul şərtləri barədə dəqiq məlumat əldə edəcəklər.

 

Sərgi iki gün davam edəcək, giriş sərbəstdir. 

 

Qeyd edək ki, Türkiyə mətbuatında Azərbaycan Universitetlərinin Təhsil Sərgisi yüksək qiymətləndirilib,oxuculara ətraflı məlumat təqdim olunub.