Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-25 09:30:00
ADNSU-da “QİÇS-lə mübarizə” mövzusunda tədbir keçirilib

Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzinin əməkdaşları ilə tələbələr arasında görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, ADNSU-nun və QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev çıxış edərək rektor, professor Mustafa Babanlının salamını tədbir iştirakçılarına çatdırıb. O, tədbirin mahiyyəti, insanlar üçün əhəmiyyəti haqqında tələbələrə məlumat verib.

 

Sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkim-infeksionisti Göyçə Abbasova görüşün maarifləndirici xarakter daşıdığını və sağlamlıq üçün vacibliyi haqqında danışıb. G.Abbasova slaydlarla QİÇS xəstəliyinin ölkə üzrə statistikası, xəstəliyin yayılma yolları və bu bəladan qorunma metodları haqqında tələbələrə məlumat verib. Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.

 

Qeyd edək ki, görüş çərçivəsində 100-dən yuxarı tələbə proflaktik müayinədən keçib.