Azedu.az

Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsinin nəticələri elan edilib  

19 May 2022, 17:10
 Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsinin nəticələri elan edilib   

Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsinin nəticələri elan edilib. Final mərhələsində iştirak edən 2253 məktəblidən 11 nəfər qızıl, 19 nəfər gümüş, 35 nəfər bürünc medal qazanıb.

 

AzEdu.az xəbər verir ki, iştirakçılar nəticələrini təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər. Qaliblərin nəticələri olimpiada.edu.az saytında yerləşdirilib. 23 may tarixindən etibarən iştirakçılar portal.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq nəticələri ilə tanış ola biləcəklər.

 

Qeyd edək ki, müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox