Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-16 14:42:00
Serbiyada 100-dək məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib  

Serbiyanın paytaxtı Belqraddakı 97 ibtidai məktəbdə və bəzi liseylərdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq olunub.

 

Serbiyanın Təhsil, Elm və Texnologiyanın İnkişafı Nazirliyi həmin məktəblərdə təhsilin dayandırıldığını açıqlayıb.

 

Bildirilib ki, səhər saatlarında edilən bomba təhlükəsi ilə bağlı xəbərdarlıqdan sonra bütün valideynlərə məlumat mesajı göndərilib, məktəbə gələn şagirdlər evlərinə yola salınıb.

 

Araşdırmalardan sonra bomba təhlükəsi ilə bağlı xəbərdarlıqların saxta olduğu müəyyən edilib.

 

Azərtac