Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-15 09:20:00
Buraxılış imtahanındakı hər bir açıq tipli sual düzgün yoxlanılıb-Ekspert yanaşması

“5 və 6 martda keçirilən buraxılış imtahanının nəticəsinə görə, 2 abituriyent maksimum 300 bal topladı. 12-13 martdakı imtahan isə makaimum bal toplanmadı. Nəticələr açıqlandıqdan sonra abituriyentlər arasında müəyyən etirazlar oldu ki, açıq tipli suallar düzgün yoxlanılmayıb”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Sevinc Purkeştasib deyib. O, buraxılış imtahanlarına salınan açıq tipli sualların yoxlanılma prosesindən də danışdı:

”Bununla əlaqədar olaraq, DİM rəsmiləri canlı yayımda sualların düzgün yoxlanıldığını və şikayətlərə baxılacağını da açıqladılar.
Açıq sualların yalnış yoxlanılmasını doğru fikir kimi qəbul etmirəm. Çünki həmin sual bir deyil, 2 marker müəllim tərəfindən yoxlanılır və nəticələr üst-üstə düşmədikdə üçüncü müəllimə müraciət edilir”

Təhsil eksperti valideynlərin narazı qaldığı məqama da diqqət çəkdi:

”İmtahanların yoxlanılması prosesinə 950 şəxs cəlb olunur və bunların 850-si müəllimdir, digərləri isə magistrantlardır. Valideynlər magistratura tələbələrinin sual hazırlamasına neqativ yanaşırlar, lakin onlar da müəllimlər kimi ali təhsilli şəxslərdir. Onlar da gələcək də müəllim adını daşıyacaqlar.
DİM operativ və düzgün işləyən qurumdur”. 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları