Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-13 11:17:00
Məktəblərdə son vəziyyət, maska tələbi nə zaman aradan qalxacaq?  - Nazirdən təşəkkür 

 

 

“Bizdə olan məlumata görə, məktəblər artıq əyani təhsilə qayıdıb. Hazırda müəllimlər və şagirdlər arasında əsaslı yoluxma sayı müşahidə olunmur”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev təhsil müəssisələrindəki son vəziyyəti dəyərləndirərkən qeyd edib.

 

 

Nazir təhsil müəssisələrindəki son vəziyyətdən danışıb:

 

Gün ərzində gördüyümüz kimi yoluxma sayları ümumilikdə onluq rəqəmləri əhatə edir. Təbii ki, bu sayların arasında müxtəlif bölgələrdən müəllim və şagirdlərin olması istisna deyil. Amma ümumilikdə düşünürəm ki, mövcud şəraitdə elə  bir ciddi problemlə qarşılaşmırıq.

 

Ali təhsil müəssisələrində isə hələ də bəzi istisnalar var. Ümumi təhsil və məktəbəqədər təhsil səviyyəsində tədris Operativ Qərərgahın ən son tələblərinə uyğun olaraq təşkil olunur. Hələ də müəllimlərin maskadan istifadəsi və digər tələblərə riayət gündəmdədir”.

 

Təhsil naziri təhsil müəssisələrində pandemiya qaydalarının tətbiqi və təhsil işçilərinin peyvəndlənməsi prosesinə diqqət çəkib:

 

“Amma ümumilikdə vəziyyət qat-qat yaxşıdır. Düşünürəm ki, bunun da əsas səbəbi təxminən 96-97% təhsil işçisinin peyvəndlənmədə iştirak etməsidir. Əvvəl də vəd etdiyimiz kimi bunun nəticəsi olaraq biz əyani təhsilə qayıda bilmişik. Artıq tədris ili yekunlaşır və bir göründüyü kimi heç bir bağlanmalara getmədən ili başa vururuq. Fürsətdən istifadə edib bu istiqamətdə müəllimlərimizə və ümumilikdə vətəndaşlarımıza təşəkkürümü bildirirəm”.