Azedu.az

Dərsdə şagirdlərə diferensial yanaşma mövzusunda təlim təşkil olunub

Təhsil Nazirliyi

30 Mart 2022, 11:12
Dərsdə şagirdlərə diferensial yanaşma mövzusunda təlim təşkil olunub

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi müəllimlərə müvafiq dəstəyin göstərilməsi istiqamətində işləri davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, 227, 75 və 154 nömrəli tam orta məktəblərdə müəllimlər üçün "Şagirdlərə diferensial yanaşma və təfəkkür yönümlü tapşırıqların hazırlanması" mövzusunda təlim təşkil olunub. Təlimlərdə bundan öncəki fəaliyyətlər zamanı dərsləri dinlənilən müəllimlər iştirak ediblər.

 

Təlim zamanı iştirakçılara dərsdə şagirdlərə diferensial yanaşma, təfəkkür yönümlü tapşırıqların hazırlanması, inteqrasiya mövzularında məlumat verilib, praktik tapşırıqlar işlənilib və iştirakçıların sualları cavablandırılıb.

İsraildən Türkiyəyə şok hücum çağırışı - İstanbula qədər...
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox