Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-11 13:08:00
 AMEA-dakı hazırkı durum- Nələr baş verir?- Qurum sözçüsü

 

 

“Hazırda AMEA-da hər şey qaydasındadır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Hetətinin  mətbuat xidmətinin rəhbəri Azadə Balayeva deyib.

 

2022-ci ilin fevral ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub.

 

Azadə Balayeva hazırda akademiyada olan vəziyyət haqqında məlumat verib:

 

“Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında onun prezidenti vəzifələrini icra edən Arif Həşimov elmi bölmələrə rəhbərlik edən şəxslər və onların üzvləri ilə görüşlər keçirir. Həmçinin, institut və elmi müəssisə rəhbərləri ilə fikir mübadilələri aparılır. Onların təklifləri ilə maraqlanılır və bunlar qeydə alınır. Bu düşüncələr əsasında islahatların müəyyənləşməsi prosesi baş tutacaq. Hazırda görüşlər davam edir. Hər bölmə və institutlar üzrə fikir mübadiləsi təşkil olunur. Görüşlər normal münasibətlər şəklində həyata keçirilir. Hər şey qaydasındadır”.

 

Qeyd edək ki, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ötən ay istefa verib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları