Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-07 17:12:00
Xaricdə doktorantura təhsili hansı ixtisaslar üzrə maliyyələşdirilir?-SİYAHI

 

 

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na müraciətlərin qəbulu davam edir.

 

AzEdu.az xəbər verir ki, proqrama əsasən  Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə maliyyələşdirilir:

 

  1. Təbiət ixtisasları istiqaməti:

1.1. riyaziyyat;

1.2. mexanika;

1.3. astronomiya;

1.4. fizika;

1.5. kimya;

1.6. biologiya elmləri;

1.7. yer elmləri;

1.8. coğrafiya.

 

  1. Kənd təsərrüfatı ixtisasları istiqaməti:

2.1. aqrar elmlər.

 

  1. Səhiyyə və rifah ixtisasları istiqaməti:

3.1. tibb elmləri;

3.2. əczaçılıq elmləri;

3.3. səhiyyənin idarə edilməsi.

 

  1. Texniki və texnoloji ixtisaslar istiqaməti:

4.1. texnika elmləri.

 

  1. İqtisadiyyat və idarəetmə ixtisasları istiqaməti:

5.1. iqtisad elmləri.

 

  1. Təhsil ixtisasları istiqaməti:

6.1. pedaqogika;

6.2. psixologiya;

6.3. təhsilin idarə edilməsi.

 

  1. Humanitar və sosial ixtisaslar istiqaməti:

7.1. tarix;

7.2. sosiologiya;

7.3. hüquq elmləri.