Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-21 17:24:00
BŞTİ müdiri şagirdlərlə fikir mübadiləsi apardı

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 39 nömrəli tam orta məktəbdə olub, yuxarı sinif şagirdləri ilə onları maraqlandıran mövzular ətrafında söhbət edib.

 

Bu haqda öz sosial şəbəkə hesabında paylaşım edən 39 nömrəli məktəbin riyaziyyat müəllimi Zərifə Şərifova görüşün şagirdlərdə də xoş təəssürat yaratdığını bildirib:“Şagirdlərlə səmimi söhbət edən İdarə müdiri onların fikirlərini dinləyib, müvafiq mövzularla bağlı tövsiyələrini verib”.

 

AzEdu.az olaraq qeyd edək ki, təhsili idarəetmə qurumları rəhbərlərinin məktəblərə öncədən planlaşdırılmayan səfərləri, müəllim, şagird və valideynlərlə belə görüş və müzakirələri olduqca əhəmiyyətlidir.

 

Həmin görüntüləri təqdim edirik: 

 

https://www.facebook.com/zerife.serifova/posts/443108110694184