http://azeduacademy.com/az/categories/41 http://www.position.az/ https://www.zirve.edu.az/
2022-01-22 17:38:00
“Məktəblinin dostu” kimdir?- Əsas vəzifələri 

 

Məkəblərdə müəllimlər, şagirdlər və digər təhsil işçiləri ilə yanaşı “Məktəblinin dostları” fəaliyyət göstərir.

Fəaliyyətləri rəsmi şəkildə zəruri və əhəmiyyətli hesab edilsə də, bəzən məktəb heyətindən, hətta valideynlərdən onlarla bağlı müəyyən narazılıqlar,onların fəaliyyətlərinin dayandırılması kimi fikirlər səsləndirilir.

 

Həmçinin əsas vəzifələrindən birinin müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq olan bu şəxslərin fəaliyyəti son zamanlar məktəblərdə baş verən hadisələrin fonunda diqqət mərkəzindədir

 

Bəs kimdir bu “Məktəblinin dostu”? Nə iş görürlər?

 

AzEdu.az xatırladır ki, layihənin həyata keçirilməsinə 2016-cı ildən başlanılıb.

 

Layihənin əsas məqsədi, müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.

 

“Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

Bəs hansı şəxslər “Məktəblinin dostu” olmaq üçün müraciət edə bilər?

 

Yaşı 21-30 aralığında, Azərbaycan Respublikasının vətəndaşı olan  istənilən ali təhsilli şəxs məktəblinin dostu olmaq üçün müraciət edə bilər. Qaydalara uyğun olaraq, ilkin mərhələdə namizədlərin bilikləri test şəklində yoxlanır. Seçilən namizədlər müsahibə mərhələsinə buraxılırlar.

Müsahibə zamanı ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə malik olan namizədlərə üstünlük verilir. Müsahibədə uğur qazananlar təlimlərə cəlb olunurlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən, bəzi namizədlər “Məktəblinin dostu” təyin edilirlər.

 

Test imtahanı mərhələsi necə təşkil olunur?

 

Müsabiqənin test mərhələsində namizədlərə 90 dəqiqə ərzində cavablamaq üçün 50 sual təqdim edilir. Onlar əsasən, Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti ilə  bağlı olur. Bu mərhələdə namizəddən məntiqi düşünmə qabiliyyəti tələb edən suallara da yer verilir.

 

Məktəblinin dostu” vəzifəsini yerinə yetirənlərə stabil maaş verilir.

 

Layihə Bakıda 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsi olmaqla, ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.

 

Qeyd edək ki, 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş-məktəblinin dostu çalışır.