Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-12 17:20:00
Koronavirusa yoluxma hallarının artdığı İtaliyada məktəblər yenidən açılıb  

COVID-19 infeksiyasına yoluxma hallarının sürətlə artdığı İtaliyada Yeni il tətilindən sonra bir müddət distant təhsilə keçid tələblərinə baxmayaraq, ibtidai və orta məktəblər yenidən açılıb.

 

Bir neçə gündür ölkədə Yeni il tətilindən sonra məktəblərin yenidən açılıb-açılmaması müzakirə mövzusuna çevrilmişdi. Yerli mətbuatın xəbərinə görə, 200 min sinif otağı virusa yoluxma halları səbəbindən distant təhsilə keçib.

 

AzEdu.az xəbər verir ki, təhsil naziri Patrizio Biançi ölkədə bütün fəaliyyətlərin açıq olduğu bir vaxtda məktəblərin bağlanmasının məntiqsiz olduğunu bildirib. Nazir deyib ki, məktəblərin bağlanması sosial həyatda problemlər yaradacaq. Müəllimlərin və şagirdlərin əksəriyyəti məktəbə qayıdıb. Vəziyyət izlənilir və ilkin nəticələr təhlil olunacaq.

 

Qeyd edək ki, Siciliya və Kampaniya bölgələrində yerli rəhbərliyin qərarı ilə məktəblər açılmayıb.

 

Azərtac