Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-07 16:40:00
Nazirlik: Görüntüləri yayılan ucqar kənddə məktəb tikiləcək-RƏSMİ

“Bu il tikintisi planlaşdırılan modul tipli məktəblərin siyahısına Diqo kənd məktəbinin də adı təqdim olunacaq”

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi İctimaiyyətlə Əlaqələr sektrorunun müdürü Cəsarət valehov məlumat verib.

 

Mediada və sosial şəbəkələrdə Astaranın Diqo kəndində şagirdlərin məktəb problemi ilə bağlı görüntülərlə bağlı məlumat verən sektor müdürü məsələ ilə bağlı araşdırma aparıldığını bildirib

 

“Astaranın Diqo kəndinin 10 yaşlı sakini Vahabov Şindan Şəkər oğlunun təhsil məsələsi ilə bağlı rayon təhsil şöbəsi tərəfindən araşdırma aparılıb. Şindan ibtidai təhsilini Şəvqo kənd ibtidai məktəbində alıb. Hazırda Pəlikəş kənd tam orta məktəbin V sinif şagirdidir. Şagirdin valideynindən sağlamlıq haqqında arayışın istənilməsi və məsafənin uzaqlığı səbəbindən onun davamiyyətində problem yaranıb”.

 

Son olaraq o,-“Yeri gəlmişkən, son 5 ildə Astaranın ucqar dağ kəndlərində 9 modul tipli məktəb istifadəyə verilib”-deyə qeyd edib.