Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-04 13:03:00
Belçikada magistratura səviyyəsi üzrə təqaüdlə təhsil almaq imkanı

Belçikanın “College of Europe” ali təhsil müəssisəsinə 2022-2023-cü tədris ilində magistratura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbulu davam edir.

 

AzEdu.az xəbər verir ki, proqram Avropa Qonşuluq Siyasəti ölkələri vətəndaşları üçün dövlət idarəçiliyi və siyasəti, beynəlxalq münasibətlər və diplomatiya, Avropa iqtisadi tədqiqatları, Avropa hüququ kimi ixtisaslar üzrə magistratura səviyyəsində təqaüdlü təhsil təklif edir. Təqaüd proqramına 2022-ci il yanvarın 19-dək müraciət etmək olar.

 

Proqram haqqında ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.