Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-25 13:21:00
Tələbə kreditlərinin qaytarılmasında bu şəxslərə möhlət hüququ veriləcək -Nazir müavini

 

"18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə təhsil tələbə krediti alarkən möhlət hüququ veriləcək".

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev Təhsil  Tələbə  Kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

 

 O, kimlərə möhlət hüququnun verilməsinə aydınlıq gətirib:

 

“Belə ki, yuxarı təhsil səviyyəsində əyani təhsil alan, həqiqi hərbi xidmətə gedən, məhkum olan (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlşadırılması), hamiləliyə, doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə möhlət hüququ veriləcək”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları