Azedu.az

DİM sədri: "Növbəti il üçün buraxılış və qəbul imtahanlarının cədvəli hazırdır"

Dövlət İmtahan Mərkəzi

24 Noyabr 2021, 10:55
DİM sədri:

"Növbəti il üçün buraxılış və qəbul imtahanlarının tarixlərini özündə ehtiva edən cədvəl artıq hazırdır".

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

 

DİM sədri bildirib ki, cədvəl Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edildikdən sonra ictimaiyyətə təqdim olunacaq.

 

M.Abbaszadə qeyd edib ki, gələn il üçün magistratura səviyyəsinə sənəd qəbuluna yanvar ayından başlanılması nəzərdə tutulur: "Lakin cədvəl təsdiqlənmədiyindən hələlik dəqiq tarix deyə bilmirəm. Qaydalara əsasən, magistraturaya qəbul adətən bir mərhələdə həyata keçirilir. Ötən il isə namizədlərə iki cəhd imkanı verdik. Əgər sərt karantin tədbirlər olmasa çalışacağıq ki, bu il də belə bir imkan yaradaq".

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox