Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-15 12:18:00
Payız tətilinin dəqiq günləri-YALNIZ BU SİNİFLƏR ÜÇÜN

 Nazirlər Kabineti Azərbaycanda 2021-2022-ci il tədris ilinin gec başlaması ilə bağlı məktəblərdə tətil günlərinin vaxtını dəyişdirib.

 

AzEdu.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Belə ki, ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən (16-20 noyabr) 16, 17, 18 noyabr tarixləri dərs günləri hesab edilir, 19-u dərs günü deyil. 20 noyabr isə şənbə gününə təsadüf edir.

 

Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən (16-20 noyabr) 16, 17, 18, 19 noyabr tarixləri dərs günləri hesab edilib. 2021-ci il noyabrın 20-si həftənin şənbə gününə təsadüf edir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları