AzEdu.az  xəbər verir ki, mobil telefonlar ibtidai təhsil müəssisələrində tamamilə, liseylərdə isə qismən qadağan edilir.

Mobil telefonların ibtidai və orta məktəblərdə qadağan ediləcəyi vədini son seçkilərdə indiki prezident Emmanuel Makron vermişdi.

Qanun liseylərin bu məsələdə özünün qərar vermək haqqını tanıyır. Yəni liseylər qərarı qismən və ya tamamilə tətbiq etmək məsələsində söz sahibidir. Qanun liseylərdə müəllimlərin şagirdlərin telefonuna müdaxilə etməsini asanlaşdırır.

Qeyd edək ki, Fransada 12-17 yaş arasında hər 10 şagirddən 9-nun mobil telefona sahib olduğu bildirilir.