Zamanla dünya və eləcə də Azərbaycan tarixində 1 avqustda elm və təhsil istiqamətində bir sıra özəl hadisələr baş verib.
AzEdu.az “dünya elm və təhsil tarixində bu gün” rubrikasında sizi 1 avqustun “təhsil hadisələri” ilə tanış edir:
Jan Batist Lamark 1 avqust, 1744-cü ildə anadan olub. Fransanın təbiətşünas alimi olan J.Lamark canlı aləminin təkmil-təkamül nəzəriyyəsini yaratmağa çalışıb. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırılmağa başlayıb. Lamark indiyə qədər də aktuallığını itirməyən "Zoologiyanın fəlsəfəsi" kitabının müəllifidir.
Cozef Pristli 1 avqust, 1774-cü il tarixində oksigen qazını qazını (dioxygene,O2) kəşf edib. Böyük Britaniyanın kimyaçı alimi, filosof Cozef Pristli təbiət elmlərindən əlavə fəlsəfə və ruhaniliklə də ciddi maraqlanıb.
Azərbaycan Dili və Əlifbası Günü
Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun 1-i “Azərbaycan dili və Azərbaycan əlifbası günü” elan edilib.
İxtira…
İlk “Jeep” avtomobili 1avqust 1941- ci ildə istehsal edilib. “Jeep” avtomobili ilk vaxtlar yalnız ABŞ ordusu üçün yaradılsa da, qısa zamanda olduqca məhşurlaşıb.
Tapıntı…
2010-cu il avqustun 1-də Qara dənizdə tədqiqat işləri aparan Lids Universitetinin alimləri burada dünya okeanının yeganə sualtı çayını tapıblar. Su axını suyu duzlu olan Mərmərə dənizindən Bosfor körfəzi vasitəsilə keçərək duzluluğu nisbətən az olan Qara dənizə tökülür. Bu səbəbdən də çayın suyu həddindən artıq duz qatına malik olması ilə fərqlənir. Buna bənzər kanallardan biri Amazon çayının mənsəbindən başlayır və Atlantik okeana doğru hərəkət edir. Belə sualtı çaylarda təcrübə aparmaq ancaq xüsusi qurğularla mümkündür.
Günel YAŞARQIZI
kitabı