Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-20 16:08:00
“Müəllimlər üçün  xüsusi sistem yaratmalıdır, direktorlar sui-istifadəyə yol verirlər”- PROBLEM

 

 

“Təhsil Nazirliyi  vakant yerlərlə bağlı  xüsusi sistem yaratmalıdır ki,  burada müəllimlər haqqında  bütün məlumatlar öz əksini tapsın”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında tanınmış pedaqoq, professor Fərrux Rüstəmov deyib.

 

Belə ki, MİQ müsabiqəsi başa çatsa da, onunla bağlı müzakirələr hələ də davam edir. Bir çox müəllimlər vakant yerlərin gizlədildiyini iddia edir.

 

F. Rüstəmov AzEdu.az-a açıqlamasında bəzi direktorların sui-istifadəyə yol verdiklərini, lakin Təhsil Nazirliyinin məsələni diqqətdə saxladığını qeyd edib:

 

“Gizlədilən vakant yerlərin saatları başqa müəllimlərə verilir. Təhsil Nazirliyi  elə sistem yaratmalıdır ki,  burada müəllimlər haqqında olan bütün məlumatlar öz əksini tapsın.

 

Həmin sistemdə müəllimlərin dərs saatı, yaşı, sağlamlıq vəziyyəti, vəfat edib-etməməsi əksini tapmalıdır. Müəllim dünyasını dəyişdikdə onun vəzifəsinin boş qaldığı haqqında nazirlik məlumatlı olmalıdır. Həmçinin, təhsil işçilərinin təqaüdə çıxması barədə xəbərlər də birbaşa Təhsil Nazirliyinə ötürülməlidir. Bundan sonra nazirlik həmin boş qalan vakant yerlərə müəllim yerləşdirilməlidir. Ucqar kəndlərdə olan məktəblərdə müəllim yerləri bəzi hallarda boş qalır və buranı seçən təhsil işçiləri də bəzən imtina edirlər.  Belə olduqda direktorlar sui-istifadə hallarına yol verirlər. Nazir Emin Əmrullayev də bu məsələni diqqətdə saxlayır. O, qeyd edib ki, bu hala yol verənlər layiqli cavablarını alacaqlar. Bununla bağlı nazirlik tərəfindən çox sərt reaksiyalar göstərilir. Ümid edirəm ki, növbəti illərdə  vakant yerlərin daha  çox olacağını müşahidə edəcəyik”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları