Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-18 14:36:00
Ali təhsilin gələcəyilə bağlı üç prinsip həlledicidir-REKTOR

 

“Ali təhsilin gələcəyilə bağlı ekspertlərin böyük hissəsi ali təhsilin dəyişmə prosesini iki yanaşmanın, özünəməxsus “ xeyir və şərin mübarizəsi” kimi təsvir edirlər”

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib.

 

Rektor bu iki yanaşmanı aşağıdakı kimi istiqamətləndirib:

 

  1. Yeni texnologiyalarla dəstəklənən və ictimai transformasiyaya yönəlmiş “yeni” ali təhsil;
  2. Ali təhsil institutlarının status-kvosunu saxlamağa çalışan “industrial” təhsil.

 

O bu mübarizədə üç prinsipin həlledici olduğunu bildirib:

 

- ictimai konservatizm: ali təhsil kollektiv/sosial yaddaşın saxlanması və translyasiyası, ictimai norma və nümunələrin qorunması vasitəsi kimi;

 

- ictimai praqmatizm: ali təhsil cari ictimai problemlərin həlli aləti kimi;

 

- ictimai mütərəqqiçilik: ali təhsil “gələcəyə sıçrayış zonası” kimi.

 

Son olaraq o,-“Ali təhsildə sistemli dəyişikliklərin dizaynı hazırlanan zaman bu prinsiplərdən ancaq birinə fokuslandıqda ali təhsil prosesinin indini, keçmişi və gələcəyi birləşdirən əsas mahiyyəti itirilmiş olur”-deyə qeyd edib.