https://www.zirve.edu.az/ #
2021-10-18 14:48:00
Universitetlər tədrisdə bu platformalardan istifadə edir- Osman Gündüz

 

“Universitetlərin həm özəl təhsil platformaları var, həm də Təhsil Nazirliyinin rəqəmsal həllərindən istifadə edirlər”

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz qeyd edib.

 

Prezident universitetlərin istifadə etdiyi platforma və rəqəmsal həllərə diqqət çəkib:

 

“Məsələn, cari ildən etibarən təhsilalanların qeydiyyatı, təhsil almaq barədə arayışların verilməsi, tələbələrin yerdəyişməsi, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması Təhsil Nazirliyinin rəqəmsal həlləri vasitəsilə həyata keçirilir.Ötən ildən başlayaraq universitetlər distant təhsilin təşkili üçün Microsoft Teams və ZOOM platformalarını özlərinin təhsil platformalarına inteqrasiya edərək istifadəyə başlayıblar”.

 

O, dövlət və özəl olmasından asılı olmayaraq hər bir universitetin özəl təhsil platformasının olduğunu bildirərək universitetlərdə mövcud olan təhsil platformalarını sadalayıb:

 

1.BDU

Cari ildən etibarən Blackboard Platforması( ABŞ) tətbiq edilməyə başlanıb. Ötən il Microsoft-un Teams platformasından istifadə edilirdi

 

2.UNEC

EduMan Platforması (Ultra Technologies), Platforma ZOOM sisteminə inteqrasiya edilib

 

3.AzTU

KOİCA Platforması(Koreya ),

Hazırda yerli təhsil platformasının hazırlanması üzərində işlər aparılır

 

4.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

EduMan Platforması (Ultra Technologies)

 

5.Azərbaycan Dillər Universiteti

EduMan Platforması (Ultra Technologies)

 

6.ADNSU

UniBook Platforması(Neuron)

 

7.Qərbi Kaspi Universiteti

UniBook Platforması(Neuron)

 

8.Bədən Tərbiyəsi Akademiyası

EduMan Platforması (Ultra Technologies)

 

9.UTECA

UniBook Platforması (Neuron)

 

10.Azərbaycan İlahiyyat İnstitutu

UniBook Platforması (Neuron)

 

11.Xəzər Universiteti

Moodle (Açıq mənbəli platforma)

 

12.ADA

Blackboard Platforması (ABŞ)

 

13.Gömrük Akademiyası

Akademiyanın özününkü yoxdur,

Teams+Zoom Platformasından istifadə edilir

 

14.Turizm və Menecment Universiteti

EduMan Platforması (Ultra Technologies)

 

15.Azərbaycan Dövlət Aqrar Universiteti

Universitetin özününkü yoxdur,

Teams istifadə edilir

 

16.Bakı Mühəndislik Universiteti

TMS Platforması(Universitet özü hazırlayıb)

 

17.Azərbaycan Universiteti

Universitetin özününkü yoxdur

 

Hazırda bir sıra Universitetlər yeni təhsil platformaları hazırlayırlar.

 

Son olaraq o,-“Düşünürəm ki, mövcud və hazırlanacaq bu resursların Təhsil Nazirliyinin təhsil resurslarına inteqrasiyası ilə bağlı nazirlik tərəfindən vahid bir tövsiyyələrin hazırlanması faydalı olardı”- deyə bildirib.