Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-18 12:48:00
Qrant müsabiqələrə layihə qəbulu bu gün yekunlaşır

“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı”,  “Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” və “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” mövzularında Təhsil Nazirliyi tərəfindən elan edilmiş qrant müsabiqələrinə layihələrin qəbulu davam edir.

 

Müsabiqədə iştirak üçün müraciət sənədləri elektron formada [email protected] ünvanına göndərilməlidir. 

 

AzEdu.az xəbər verir ki. layihələrin qəbulu bu gün saat 21:00-da başa çatacaq.

 

Qrant müsabiqələri barədə daha ətraflı məlumatla aşağıdakı elanlar vasitəsilə tanış ola bilərsiniz.


“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin elanı


“Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin elanı


“2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin elanı