Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-12 13:00:00
Dövlət qulluğu üzrə test imtahanında iştirak etmək üçün 1176 nəfər qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 24-də dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

 AzEdu.az xəbər verirki, imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 14-ü saat 14:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 11:30-dək imtahanda iştirak etmək üçün 1176 nəfər (BA - 299, BB - 877) qeydiyyatdan keçib.

 

İmtahanların başlanma saatı və yeri barədə məlumat Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

 

Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları ilə DİM-in saytında tanış olmaq mümkündür. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.