Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-11 13:00:00
Kollec və rezidenturaya qəbul,yeni qərarlar-Təhsil İcmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 4-10 oktyabr tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Təhsil naziri üç sektora yeni müdirlər təyin edib:

 

Təhsil nazirinin əmrinə əsasən, Tural Mahmudov BŞTİ-nin İnfomasiya təminatı sektorunun müdiri vəzifəsinə təyin olunub. Bu təyinata qədər T.Mahmudov Gədəbəy Rayon İcra Hakimiyyətində baş məsləhətçi, “VF Azərkredit” MMC-nin Gədəbəy filialında kredit mütəxəssisi, Təhsil İnstitutunun strateji təhlil şöbəsində aparıcı mütəxəssis və S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini vəzifələrində çalışıb.

 

Həmçinin, təhsil nazirinin digər əmrinə əsasən, Fuad Əsgərov İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin edilib. Bu təyinata qədər F.Əsgərov Daxili işlər və Fövqəladə hallar orqanlarında, BŞTİ-də müxtəlif vəzifələrdə çalışıb.

 

Azərbaycan Gürcüstana 17 mindən çox dərslik və metodik vəsait göndərib:

 

Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli orta məktəblərinə 2020-2021-ci tədris ili üçün dərslik və metodik vəsaitlər göndərib.

 

 

Azərbaycanda orta məktəblər fiberoptik kabellə internetə qoşulacaq:

 

Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdirilması idarəsi orta məktəblərin yüksəksürətli internet şəbəkəsinə qoşulması, koronavirus pandemiyası dövründə şagirdlərin distant təhsilə cəlb olunması məqsədilə məktəblərin fiberoptik kabellə təmin edilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub

 

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb:

 

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib

 

11 illik bazadan kolleclərin boş yerlərinə qəbulun nəticələri elan olunub:

 

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.

 

Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından və iş nömrələrini bütün mobil operatorlar nömrələrindən 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər

 

Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib:

 

Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

DİM imtahanların idarə olunmasına COVID-19 pasportu olan şəxsləri cəlb edəcək:

 

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların təşkili və idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində müxtəlif qurumlarda çalışan xeyli sayda əməkdaş cəlb olunur. Koronavirus xəstəliyinin yayılması əleyhinə həyata keçirilən tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların idarə olunmasına COVID-19 pasportu olan şəxslər cəlb olunacaqlar.

 

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları