Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-09 16:21:00
“Azərbaycanlı tələbələr üçün əlimizdən gələn dəstəyi etməyə hazırıq” – Nəhəng universitetin professoru 

 

 

“Qazi Universiteti olaraq müxtəlif dünya ölkələrindən xarici tələbələrimiz var, onlarda arasında xüsusilə çox sayda azərbaycanlılar  yer alır”.

 

Bu sözləri AzEdu.az-a  açıqlamasında Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Qazi Universiteti rektorunun nümayəndəsi, professor Bekir Buluç qeyd edib.

 

Professor azərbaycanlı tələbələrin Qazi Universitetinə qəbulundan danışıb:

 

“Universitetimizin beynəlxalq səviyyədə tələbələrin qəbulu ilə bağlı bir istiqaməti var. Bu çərçivədə tələbələrimiz müstəqil olaraq, fərdi şəkildə də müraciət edə bilirlər. Müraciət zamanı müvafiq meyarlara cavab verirlərsə çox rahat şəkildə tələbə olaraq qəbul edilə bilirlər. Hazırda dəqiq rəqəmləri deyə bilmərəm, amma bu dönəmdə  çox  sayda  azərbaycanlı tələbələr universitetimizdə təhsil alır. Azərbaycanlı tələbələrimiz Türkiyədə olduqları, Qazi Universitetində təhsil aldıqları üçün çox sevinclidirlər”.

Rektorun nümayəndəsi azərbaycanlı tələbələrlə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi ilə daimi əlaqədə olduqlarını vurğulayıb:

 

“Biz özümüzü türk dünyasının universiteti olaraq görürük.Türk dünyasında xüsusi ilə təhsil sahəsində əlimizdən gələn hər növ dəstəyi göstərməyə çalışırıq. Universitetimizin veb saytında əcnəbi tələbələrimizlə bağlı istənilən məlumatla tanış olmaq mümkündür. Eyni zamanda, Azərbaycanın Türkiyədəki səfirliyi ilə də yaxın əlaqələrimiz var. Tələbələrimizin hər hansı bir problemi olarsa, həm səfirlik, həm də universitetimiz əlindən gələn dəstəyi göstərməyə hazırdır. Ancaq indiyə kimi azərbaycanlı tələbələrimizlə bağlı hər hansı bir problemlə də qarşılaşmamışıq, hər birinin vəziyyəti yaxşıdır. Bütün azərbaycanlı tələbələrimizi universitetimizdə görmək istəyərik”

 

Son olaraq professor, təhsil qurumlarının bir- birinə dəstək olmasının vacibliyinə diqqət çəkib:

 

“Xüsusi ilə təhsildə son illər meydana gələn yenilikləri izləməyimiz vacibdir. Birlikdə zamanla ayaqlaşmalıyıq. Bu kontekstdə təhsil qurumları  qarşılıqlı əməkdaşlıq çərçivəsində bacardıqları qədər bir-birilərinə dəstək olmalıdırlar. Biz də Qazi Universiteti olaraq bu istiqamətdə üzərimizə düşən hər şeyi etməyə, hər növ dəstəyi göstərməyə hazırıq”.