Azedu.az

Bakıda məktəbin həyətindəki dava ilə bağlı araşdırmalara başlanılıb

30 Sentyabr 2021, 10:38
Bakıda məktəbin həyətindəki dava ilə bağlı araşdırmalara başlanılıb

Daxili İşlər Nazirliyi (DİN) Bakıda “Landau School” özəl məktəbin həyətində yaranan insidentə münasibət bildirib.

 

DİN-in mətbuat xidmətindən Report-a bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.

 

“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, - Mətbuat xidmətindən bildirilib.

 

Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görüntüləri yayılıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox