Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-29 15:13:00
İş dəftərləri niyə poçtlarda satılır?-Müəllimlərdən ciddi narazılıq

22 sentyabr tarixindən ibtidai siniflərdə əyani tədrisə başlanıldı. Dərslər 1 həftədir ki, davam etməkdədir. Lakin valideynləri narahat edən bir məsələ var. Bu da iş dəftərinin tapılmamasıdır. İş dəftərləri kitab mağazalarında deyil, yalnız poçtlarda satılır. Problem 1 və 2-ci siniflərdə daha çox yaşanır. Müəllimlərin bu vəziyyətə qarşı tövsiyələri nələrdir? Məsələ necə tənzimlənməli idi?

AzEdu.az ibtidai sinif müəllimlərinin fikirlərini təqdim edir:

Şəmkir rayon, Düyərli kənd 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aysel Alızadə:

“1-ci və 2-ci siniflərdə daha çox bu problem yaşanır. Dərsliklər yeni olduğu üçün kitab mağazalarında iş dəftəri satılmır,yanlız poçtlara üz tutmaq lazım gəlir. əksər hallarda yaxınlıqda yerləşən poçtlara iş dəftəri az gəlir və şagird sayına çatmır.Valideyn məcbur olur ki, uzaq məsafədə yerləşən poçtlara getsin, bəzən isə bu axtarış da uğurlu alınmır. 3-cü və 4-cü siniflər isə kitab mağazasından ala bilir.Ümumiyyətlə qiymətlər çox bahadır, bir iş dəftərinin qiyməti 6manatdır.Bu isə bir ailədən 3-4 övladını məktəbə yola salan hər valideynin büdcəsinə uyğun deyil. Dərsliklər iş dəftəri ilə əlaqəli olduğu üçün şagirdlərə iş dəftəri aldırmağa məcburuq. Ancaq tapa bilməyənlərə güzəşt edirəm. Hər ailəni nəzərə alaraq iş dəftərlərinin daha ucuz qiymətə olmasını və yalnız poçtlarda deyil, həmçinin kitab mağazalarında da satılmasını tövsiyə edirəm”.

 

Günay Sədiyeva Nizami rayonu 242 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi:

“Bu istiqamətdə valideynlərin edə biləcəyi bir şey yoxdur. İş dəftərləri yalnız poçtlarda deyil, kitab mağazalarında da satılmalıydı. Bundan əlavə nəşriyyatın nömrəsi verilməliydi ki, müəllimlər əlaqə saxlayıb sifariş edə bilsin. Belə olsaydı, yubanmazdıq və əvvəldən sifariş edib iş dəftərlərini əldə edərdik. Hazırda valideynlər çox əziyyət çəkirlər, tez-tez poçtlara gedib maraqlanırlar və yaxud mənə müraciət edirlər ki, əldə etməkdə onlara köməklik göstərim. Ötən il belə problem yaşamadıq. Gündəlik olaraq iş dəftərindəki suallar tipində tapşırıqlar hazırlayıb gətirirəm ki, şagirdlər geri qalmasınlar".

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları