Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-13 11:37:00
Ənənəvi təhsilin bərpası, yeni tədris ilinə hazırlıq-Ötən həftəyə baxış

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə 6-12 sentyabr tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Məəktəblərdə və universitetlərdə əyani dərslərin başlanacağı tarix açıqlanıb:

 

 

Sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq.

 

 

Azərbaycanda 82 %-ə yaxın təhsil işçisi vaksinasiyadan keçib:

 

 

82 %-ə yaxın təhsil işçisi vaksinasiyadan keçib. Bu da 169 862 nəfər təhsil işçisi deməkdir.

 

 

Ali məktəblərin auditoriyalarında tələbələrə say məhdudiyyəti qoyulacaq:

 

 

Ali təhsil müəssisələrində tələbələrin say ilə bağlı məhdudiyyət olacaq. Mühazirələrdə, təxminən, 50-60 tələbənin iştirakı mümkün olacaq.

 

 

Valideynlərdən COVID-19 pasportu tələb edilməyəcək:

 

 

Lakin məktəbin daxilinə girmək istəyən şəxsin pasportu olmalıdır.

 

 

Azərbaycanda şagird sıxlığı olan siniflərin sayı açıqlanıb:

 

 

Azərbaycanda ötən il fəaliyyət göstərən məktəblərdə 85 626 sinif olub. Bu siniflərin 49 minində şagird sayı 20-dən azdır. 311 sinifdə isə şagird sayı 40-dan çoxdur.

 

 

Cari tədris ilindən Azərbaycanda təhsil tələbə krediti veriləcək:

 

 

Tələbələr bu tədris ilində təhsil tələbə krediti ala biləcəklər.

 

 

Emin Əmrullayev rektorlarla görüşüb:

 

 

Görüşdə sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası ilə bağlı müvafiq hazırlıq işlərinin həyata keçirilməsi, tədrisin təşkili, müəllim və tələbələrin vaksinasiyadan keçirilməsi, auditoriyaların və digər müvafiq infrastrukturun hazırlıq vəziyyəti müzakirə edilib və bununla bağlı təkliflər dinlənilib.

 

 

 

Sentyabrın 7-dən ali təhsil müəssisələrinə onlayn qeydiyyat başlayıb:

 

 

Təhsil Nazirliyindən verilən məlumata görə, tələbə adını qazanan şəxslər sentyabrın 20-dək portal.edu.azplatformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

 

 

Ali məktəblərin qəbul planında 10 % yer boş qalıb:

 

 

Ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 4-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 17 ali təhsil müəssisəsində isə 80%-dən çox dolub.

 

 

Kolleclərə qəbulun nəticələri açıqlanıb:

 

 

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 8-də saat 15:14-dən etibarən internet səhifəsində yerləşdirib.

 

 

1 500-dən çox şagird üçün əlavə imtahan keçirib:

 

 

Dövlət İmtahan Mərkəzi builki buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirib.

 

 

Əlavə buraxılış imtahanının nəticələri elan olunub:

 

 

Sentyabrın 9-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əlavə buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.

 

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları