Azedu.az

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat başlanır

Dövlət İmtahan Mərkəzi

9 Sentyabr 2021, 09:48
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat başlanır

Sentyabrın 9-dan 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsinə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) qeydiyyat başlanır.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd olunub ki, imtahanda iştirak etmək üçün qeydiyyat sentyabrın 16-dək davam edəcək. Sentyabrın 26-da isə rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaq. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaq.

 

 

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox