Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-07 13:03:00
Təhsil İnstitutu “Refleksiv müəllim” seminarı təşkil edəcək  

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimləri sentyabrın 10-u saat 11:00-da “Refleksiv müəllim” seminarına dəvət edir.

İnstitutdan  bildirilib ki, onlayn seminarda VI sinif Azərbaycan dili dərsliyində olan “Məktub” mətni üzrə dərs icmalı müzakirə olunacaq.

2017-ci ildən həyata keçirilən “Refleksiv müəllim” layihəsinin məqsədi aşağıdakılardır:

- Birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsini müəllimlər arasında təbliğ etmək;

- Müəllimlərdə keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq bacarığını formalaşdırmaq;

- Konstruktiv tənqidə açıq olmaq, prosesi təhlil etmək bacarıqlarını aşılamaq;

- Konstruktiv dərs müzakirələrinin modelini təqdim etmək;

- Nəticəyə aparan refleksiv suallar qoymağı öyrətmək;

- İstənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirməkdir.

Aşağıdakı linkə daxil olaraq seminarda iştirak etmək üçün qeydiyyatdan keçmək olar: https://forms.gle/s3b8uqScgfnCwT8L6