Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin reytinq qurumlarından olan Times Higher Education 2022-ci il üzrə dünya universitetlərinin reytinqlərini açıqlayıb.
AzEdu.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov paylaşım edib.
Tarixdə ilk dəfə Bakı Dövlət Universiteti Dünya universitetlərinin reytinqi (World University Rankings) siyahısında yer alıb.
Qeyd edək ki, bu ilki siyahıda dünyanın ən nüfuzlu 1662 universitetinin adı var.