Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-30 11:36:00
DİM-dən abituriyentlərə VACİB müraciət-Ərizələrini təsdiq etsinlər
30 avqust saat 10:00-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 58207 elektron ərizə təsdiq edilib.
 
 
2431 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.
İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
 
 
AzEdu.az DİM-ə istinadən xəbər verir ki, ixtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
 
Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları