2021/2022-ci tədris ili üçün Azərbaycan Texniki Universitetinə (AzTU) II ixtisas qrupu üzrə tələbə qəbuluna 260 plan yeri ayrılıb.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2020-2021-ci tədris ilində isə AzTU-da qəbul planı 210 yer olub ki, bu da ötən illə müqayisədə 50 yer çoxdur.