Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Nurlan Talıbov magistratura təhsilini Litvada davam etdirəcək.
AzEdu.az xəbər verir ki, bu ali məktəbi bitirən N.Talıbov Vilnüs Universitetinə qəbul olub.