Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-08 11:50:00
Bu sadə şərtlərlə Ukraynada təhsil ala bilərsiniz-Əsas üstünlüklər

Təhsil almaq məqsədi ilə hər il Azərbaycanlı gənclərin əksəriyyəti xarici ölkələrə üstünlük verir. Üstünlük verilən ölkələr arasında Ukrayna da var.

Uzunmüddətli təhsil təcrübəsi, keyfiyyətli, büdcəyə uyğun təhsil, yaşayış şərtlərinin olması tələbələrin Ukrayna universitetlərində təhsil almaq imkanlarını genişləndirir.

 

AzEdu.az Ukraynada təhsil almaq istəyən tələbələr üçün yararlı olacaq bilgiləri tədqim edir.

 

Ukrayna Rusiyaya yaxın olduğuna görə Rus, Avropada yerləşdiyinə görə isə Qərb təhsil və yaşayış tərzini mənimsəmiş bir ölkədir. Ukrayna təhsilinin ən cəlbedici xüsusiyyəti odur ki, burada təhsil almağınız üçün orta məktəb məzunu olmağınız yetərlidir. Hər bir gənc bir il hazırlıq təhsili keçdikdən sonra istədiyi universitetdə istədiyi ixtisası oxuma imkanına sahibdir.

Sosial və mədəni fəaliyyətlərə görə olduqca zəngin bir ölkə olan Ukraynada dünyanın ən uğurlu 500 universitetləri arasında yer alan universitetlər də var.

Ukraynada məktəb yataqxanalarında qalan zaman rahatlıqla ingilis, Rus və Ukrayna dilini öyrənə bilərsiniz.

Ukraynada təhsil xərcləri təhsil alacağınız universitetdə, əyani ya da qiyabi təhsil almağınızdan asılı olaraq dəyişir. Qiyabi təhsil zamanı təhsil haqqı 800 dollar ilə 1200 dollar arasında dəyişir. Əyani təhsildə isə 1200 dollar ilə 2500  dollar arası təhsil haqqı ödəyirsiniz. Burada təhsil alan tələbələr universitet yataqxanalarına yerləşdirilir. Dövlət yataqxanalarında ödəniş aylıq 30-50 dollar arası dəyişir.

Uyğun təhsil haqqı, yaşayış şərtləri ilə Ukraynada daha yaxşı təhsil ala bilərsiniz.

Ukrayna universitetlərini seçməklə yüksək səviyyədə təhsil almaq imkanı əldə edirsiniz. Ukrayna diplomları dünyanın əksər ölkələrində rəsmi olaraq tanınır.

Atestatla qəbul ola biləcəyiniz Universitetlər

Kiyev Dövlət Polis Akademiyası

Kiyev Dövlət Dənizçilik Akademiyası

Kiyev Milli İnşaat və Memarlıq Universiteti

Dövlət Telekommunikasiya Universiteti

Ukrayna Dövlət Aviasiya Universiteti

Odessa Milli Dövlət Tibb Universiteti

Fidan Ali