Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-30 14:05:00
Almaniyanın hansı universitetlərində ödənişsiz təhsil almaq mümkündür?-SİYAHI

Tələbələrin  ödənişsiz  və  keyfiyyətli  təhsil  almaq  üçün   üstünlük verdiyi ölkələrdən biri də Almaniyadır. Çünki  burada olan  ödənişsiz universitetlər digər ölkələrə  nisbətən daha çoxdur.

 

Burada  özəl  universitetlər  keyfiyyətli  təhsil  üçün  təhsil  haqqı tələb  etsə də, tələbələrə  ödənişsiz  təhsil  imkanı  təqdim  edən  universitetlər  də üstünlük  təşkil  edir.

 

Ancaq, ödənişsiz olsa da, tələbələr kitabxana və bənzər yerlərdə, tələbə xidmətlərindən yararlanmaq üçün sosial qatqı  xərci adlandırılan müəyyən məbləğ (200-500 avro) ödəməlidirlər.

 

AzEdu.az   Almaniyada  təhsil  almaq  üçün  seçim  edərkən  ödənişsiz  təhsil  imkanından  faydalana  biləcəyiniz  universitetləri  təqdim edir.

 

Tədris planının mükəmməl olması Almaniyada oxuyanlar üçün bir avantajdır. Alman universitetləri təkcə Elm, Texnologiya, Mühəndislik sahələrində deyil, həm də incəsənət və humanitar elmlərdə də özünü göstərmiş universitetlərdir.

 

Burada təhsil ala bilməyiniz üçün yüksək bal ortalaması , İELTS və ya TOEFL sınaqlarında yaxşı nəticə  və Alman dili tələb olunursa, bu dil üçün yetərlilik sınağında lazım olan bala sahib olmalısınız.

 

Universitetlər ödənişsiz olsa da, yaşam xərclərinizi qarşılamırlar. Bunun üçün DAAD təqaüd  proqramına  müraciət edə bilərsiniz.

 

Ödənişsiz  təhsildən  yararlana  biləcəyiniz həmin universitetlərdən bəzilərini  təqdim  edirik:

 

  • Münhen Texniki Universiteti
  • Ludwig Maximilians Universiteti
  • Berlin Humboldt Universiteti
  • Berlin Texniki Universiteti
  • Tubingen Universiteti
  • Albert Ludwiq Universiteti
  • Hamburg Universiteti
  • Stuttgart Universiteti
  • Dresden Texnologiya Universiteti
  • Bonn Universiteti

 

Fidan Ali