Azedu.az

UNEC-in 13 doktorantı İstanbul Universitetində təhsil almaq hüququ qazanıb  

Universitetlər

28 İyul 2021, 13:48
UNEC-in 13 doktorantı İstanbul Universitetində təhsil almaq hüququ qazanıb  

Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) 13 doktorantı Türkiyənin İstanbul Universitetində, biri isə Niderland Krallığının Mastriçt Universitetində təhsil almaq hüququ qazanıb.

 

AzEdu.az xəbər verir ki, doktorantlar “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alacaqlar.

Onlar təhsil aldıqları müddətdə UNEC-də təlim-tədris sisteminin yenilənməsində, birgə elmi məqalələrin hazırlanmasında, elmi-tədqiqatların aparılmasında və s. iştirak edəcəklər.

Zəngəzur dəhlizi bu tarixdə açılacaq - Kritik AÇIQLAMA
Son xəbərlərDaha çox