Azedu.az

Bu il ADNSU-nun Geoloji-kəşfiyyat fakültəsini 211 tələbə bitirir

23 İyul 2021, 11:50
Bu il ADNSU-nun Geoloji-kəşfiyyat fakültəsini 211 tələbə bitirir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Geoloji-kəşfiyyat fakültəsini 2020-2021-ci tədris ilində 211 tələbə bitirir.

 

Fakültədən AzEdu.az-a bildiriblər ki, həmin tələbələrdən 192-si əyani, 19-u isə qiyabi şöbədə təhsil alıb. İki tələbə fərqlənmə diplomuna layiq görülüb.

 

Məzunlardan biri xarici ölkə vətəndaşıdır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox