Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-08 15:37:00
Magistraturaya qəbul olunanlardan 6 min 584 nəfəri ödənişli əsaslarla təhsil alacaq  

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunanlardan 3 min 766 nəfər dövlət sifarişi, 6 min 584 nəfər isə ödənişli əsaslarla təhsil alacaq.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, onlardan 6 min 790 nəfər ali təhsil müəssisələrinin cari, 3 min 560 nəfər isə əvvəlki illərin məzunudur.

 

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 14 min 981 bakalavrdan 10 min 350-si ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.