Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-06 05:56:53
Sınaq imtahanlarına qeydiyyat başladı

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 1-də ilk sınaq imtahanı keçiriləcək.

AzEDU.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

Aprelin 1-də keçiriləcək sınaq imtahanına qeydiyyat 06 mart saat 10:00-dan 28 mart saat 10:00-dək aparılacaq.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ  kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.