Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-07 12:29:00
I sinfə qəbulla bağlı apellyasiya müraciətlərinə başlanılır  

İyulun 5-dən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı müsabiqələrə start verilib. Müsabiqələr 15 iyul tarixinədək davam edəcək.

Təhsil Nazirliyindən  verilən məlumata görə, övladının müsabiqə nəticəsindən narazı olan valideynlərin apellyasiya müraciətlərini təqdim etmələri üçün Təhsil Nazirliyi tərəfindən [email protected] elektron poçt ünvanı yaradılıb.

Valideynlər iyulun 8-dən 16-dək [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.