https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-06-19 15:28:00
Peyvəndin yaradıcısından AÇIQLAMA: "Delta adlanan 4-cü dalğa siqnalı gəlir"

"Əgər diqqətli və kifayət qədər təmkinli olmasaq, bəzi bölgələrdə dördüncü dalğa ilə qarşılaşa bilərik".

 

Bunu Almaniyanın "Biontech" firmasının qurucu ortağı və idarə heyətinin üzvü Uğur Şahin deyib.


Amerika Birləşmiş Ştatlarında keçirilən konfransda çıxış edən alim yeni tip koronavirusa yoluxma sayında artım ola biləcəyini söyləyib:


"Yoluxma hallarının artması "Delta" adlanan 4-cü dalğa siqnalını verir. Diqqətli olmaq lazımdır. İngiltərədə əhalinin təxminən 50 faizinin ikinci doza peyvənd olunmasına baxmayaraq, ölkədə "Delta" yayılmaqdadır. Peyvənd edilmələrinə güvənənlərə də xəbərdarlıq edirik: vaksinasiyadan 6 ay keçdikdən sonra antikor səviyyəsi düşür, təkrar peyvənd vurdurmağa ehtiyac yaranı. Bütün bunlara görə peyvənd istehsalını artırmağı planlaşdırırıq". (publika.az)