Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-09 15:00:00
Bu gündən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi bu gün keçirilmiş növbəti buraxılış imtahanlarının nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bu barədə  DİM-dən bildirilib. Qeyd olunub ki, bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.

Xatırladaq ki, imtahanlar 15 şəhər və rayonda keçirilib. Bir nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.