Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-05 13:08:55
Məktəblilər üçün 20 000 dollarlıq mükafat şansı

“Qızıl Bayt  2018” (Golden Byte) beynəlxalq kompüter çempionatı keçiriləcək.

STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə keçirilən çempionatın əsas məqsədi informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını  təmin etmək və layihələrinə dəstək verməkdən ibarətdir.

AzEDU.az xəbər verir ki, bu il Təhsil Nazirliyinin dəstəyi ilə azərbaycanlı gənclər ikinci dəfə olaraq  çempionatda iştirak edəcək.

Çempionat proqram, innovasiya layihələri, sistem inzibatçıları, mobil proqramlar, oyun və oyun personajlarının yaradılması, web-layihələr, qısa film, məlumat bazaları ilə iş üçün proqram, 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə keçiriləcək.

Bundan başqa, ümumi təhsil müəssisələrinin şagirdləri 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə yuxarıda sadaladığımızdan əlavə təbiətin qorunması, sosial problemlərin həlli kimi proyekt və ideyaları da təqdim edə bilərlər. Həmin şagirdlərin müəllimləri də mentor kimi layihəyə cəlb oluna bilər.

Yarış qeydiyyat, regional final və beynəlxalq finaldan ibarət olmaqla üç mərhələdə keçiriləcək. Layihələrin qəbulu martın 15-nə qədər çempionatın rəsmi səhifəsində http://goldenbyte.org/ru/  aparılacaqdır.

Artıq 10 ildir ki, təşkil olunan “Qızıl Bayt” çempionatının Ukraynada keçiriləcək beynəlxalq final mərhələsinin qalib layihəsinə  20 000 dollar məbləğində pul mükafatı veriləcək.

Qeyd edək ki, ötən il “Qızıl Bayt  2017” (Golden Byte) beynəlxalq kompüter çempionatında ölkəmizi təmsil edən iştirakçılar 2 qızıl və 2 bürünc medala layiq görülüblər.