Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-03 13:48:00
Fransa prezidenti Azərbaycanla təhsil sahəsində əməkdaşlığı  davam etdirmək istəyir- MƏKTUB

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

AzEdu.az  xəbər verir ki, Makron məktubda  Azərbaycan-Fransız  Universitetinin fəaliyyətini dəyərləndirərək, təhsil və digər sahələrdə əməkdaşlığı davam etdirmək istədiyini bildirib:

 

“Azərbaycan-Fransız Universitetinin timsalında və ya son dövrlərdə müsbət inkişaf  əldə edən Fransa İnkişaf Agentliyi ilə ikitərəfli layihələrimiz dostluğumuzu gündəlik möhkəmləndirməyə və gələcəyə inamla baxmağa imkan verən nailiyyətlərdir. Biz bu ambisiyanı davam etdirməliyik”.

 

O, məktubda İlham Əliyevə müraciət edərək bildirib ki, ikitərəfli münasibətlərə bağlılıq saxlanılmalıdır:

 

“İkitərəfli münasibətlərimizin keyfiyyətinə şəxsi bağlılığınızı bilirəm. Sizinlə bunu bölüşür və arzu edirəm ki, birlikdə, xüsusən iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində böyük inkişaf potensialından istifadə edə bilək”.