Azedu.az

Dövlət qulluğundan müvəffəqiyyətlə keçmiş namizədlərin sertifikatlarının verilməsinə başlanılıb  

Dövlət qulluğu

Dövlət İmtahan Mərkəzi

17 May 2021, 10:36
Dövlət qulluğundan müvəffəqiyyətlə keçmiş namizədlərin sertifikatlarının verilməsinə başlanılıb  

Martın 7-də dövlət qulluğuna qəbul üzrə test imtahanlarından (A və B növü) müvəffəqiyyətlə keçmiş namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, DİM tərəfindən dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanlarında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə Mərkəzin Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən əldə edə bilərlər.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox