Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-09 15:24:00
BMU-nun əməkdaşı Ulu Öndərə həsr olunan konfransda çıxış edib  

Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Rabil Mehtiyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransda məruzə ilə çıxış edib.

 

AzEdu.az xəbər verir ki,R.Mehtiyev “Ulu öndər Heydər Əliyev Azərbaycanın multikulturalizm siyasətinin banisidir” mövzusunda keçirilən konfransda ümummilli lider Heydər Əliyevin fəaliyyətinin titanik xarakter daşımasından, ölkə həyatının bütün sferalarında mütərəqqi meyllərin əsasını qoymasından ətraflı bəhs edib. O, Ulu Öndərin bütün dövrlərin ən böyük azərbaycanlısı olduğunu, eyni zamanda ölkəmizdə multikulturalizm siyasətinin dövlət siyasəti səviyyəsinə yüksəlməsinin ümummilli lider Heydər Əliyevin siyasi irsində mühüm yer tutduğunu vurğulayıb.

 

Konfransda Azərbaycanın müxtəlif dini icmalarının rəhbərləri, ictimai xadimlər və ali məktəb təmsilçiləri iştirak ediblər. Tədbirdə multikulturalizmin dövlət siyasəti kimi təşəkkülünün Ulu Öndərin irsinin ayrılmaz hissəsi olduğu bildirilib. Məruzələrdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın multikulturalizm siyasətinin əsasını qoyması, ölkəmizdə tolerant mühitin formalaşdırılmasındakı tarixi rolu dəyərləndirilib.