Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-05 13:30:00
Hindistanda təqaüdlü təhsil proqramına sənəd qəbulu aparılır  

Hindistanın Mədəni Əlaqələr Şurası (ICCR) Azərbaycan vətəndaşları üçün Hindistanın müxtəlif universitetlərində təhsil almaq məqsədilə təqaüd proqramı təklif edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a  bildirilib ki, ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan olunan təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Təqaüd proqramına müraciət üçün son tarix mayın 30-na nəzərdə tutulub. Təqaüd proqramı barədə ətraflı məlumatı Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilmiş elan vasitəsilə əldə etmək olar.